DOLAR 35,2581 0.23%
EURO 36,8174 0.21%
ALTIN 2.981,560,15
BITCOIN 3371538-3,84%
Mersin
14°

KAPALI

02:00

İMSAK'A KALAN SÜRE

Əsgər məktubu…

Əsgər məktubu…

ABONE OL
Ekim 23, 2020 06:48
Əsgər məktubu…
0

BEĞENDİM

ABONE OL

Əziz anam,heç düşünmə, “Oğlum indi hardadır?! Yox, demə yox,-” xiffətimdən, Könlün qəm-qübardadı”… Bilirsən ki, torpağımız, Vətənimiz dardadır… Günəş dolu gözlərini, Qara bulud almasın… Bu dağlardan enməz olsam, Gözün yolda qalmasın… Sən mətin ol, dözümlü ol, Azərbaycan naminə! Göstərsinlər əzmin ilə, Səni hər dəm nümunə… Ürəyinə özüm qurban, Yazıram ki, naməmə, Gül üzünə, gül çöhrənə, Kədər kölgə salmasın… Bu dağlardan enməz olsam, Gözün yolda qalmasın… Yurd, ürəkli oğulları, Harayına səsləyir! Qurd ürəkli oğulları Harayına səsləyir!! Nə qədər ki,torpaq bizdən, Birdəfəlik küsməyib. Nə qədər ki, vətən bizdən əllərini üzməyib, Köksündəki hicrin neyi, Qəmli-qəmli çalmasın… Bu dağlardan enməz olsam, Gözün yolda qalmasın… Qarabağın ah-naləsi, Sinəmdəki yaramdı… Mən əhdimdən dönsəm əgər, Südün mənə haramdı.! Düşmənlərlə çəkilməmiş, Bir hesabım varımdı… Mümkündürmü, igid oğlun qisasını alması?! Bu dağlardan enməz olsam, Gözün yolda qalmasın… Çatmaz heç vaxt məqsədinə, Yağılar sinə-sinə… Od qoyarıq raketlərlə, Mərmiylə binəsinə. Çox az qalıb dağ çəkməyə, Xainin sinəsinə! Quduz yellər vətənimin, Gül-çiçəyin yolmasın… Bu dağlardan enməz olsam, Gözün yolda qalmasın… Zəfər günü,oğlun dönər, Dönər, isti ocağına… Sübhə qədər söhbət edər, Dönər “körpən” o çağına… Qurban olum vətən boyda, Doğma, əziz qucağına. Bitəcəkdir müharibə, Bitəcəkdir bu qan-qada,. Yalvarıram nə həsrəti, Nə ölümü salma yada… Bil ki, bir gün qələbəylə, Dönəcəyəm, hökmən sana.. Ana, Ana! Gözün yolda qalmasın!Fatimə Əlihüseyn.

Fatime Elihuseyn

Bu yazı yorumlara kapatılmıştır.


HIZLI YORUM YAP

300x250r
300x250r

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.